İstanbul küçələrində gəzən aslan aşkarlanıb
23 noyabr 2026, 05:17 · Mənbə: Report.az

İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində dişi aslanın görüntülənməsi ilə bağlı həyəcan yaşanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində dişi aslanın görüntülənməsi ilə bağlı həyəcan yaşanıb.
"Report" xəbər verir ki, axşam saatlarında Kent Güvenlik Yönetim Sistemi (KGYS) kameralarına düşən görüntülərdə aslanın ərazidə gəzdiyi məlum olub.
Məlumat daxil olduqdan sonra İstanbul İl Jandarma Komandanlığı, Sarıyer Təbiəti Mühafizə və Milli Parklar Şöbəsi, eləcə də bələdiyyə əməkdaşları axtarışa başlayıblar. Axtarış tədbirləri nəticəsində heyvan meşəlik ərazidə tapılıb.
Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin açıqlamasında bildirilib ki, axtarış tədbirlərinin daha geniş ərazidə davam etdirilməsi məqsədilə bölgəyə termal kameralarla təchiz olunmuş qruplar göndərilib və ətraf ərazilərdə yaşayan sakinlərə zəruri xəbərdarlıqlar edilib.
Meşəlik ərazidə aparılan axtarışlar nəticəsində heyvanın yeri müəyyənləşdirilib. Mütəxəssis baytarların da iştirak etdiyi qrup tərəfindən onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər



Dünya
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Report.az · 23 noyabr 2026, 03:17

Dünya
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Report.az · 23 noyabr 2026, 02:17