Xələf Xələfov: Dezinformasiyanın nifrət nitqinin alətinə çevrildiyi şəraitdə obyektiv mediaya böyük ehtiyac var
1 oktyabr 2026, 10:45 · Mənbə: Report.az

Bu gün dezinformasiyanın, nifrət nitqinin və təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün dezinformasiyanın, nifrət nitqinin və təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var.
"Report" xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən Birinci AQEM Media Forumunda deyib.
O qeyd edib ki, bu baxımdan, AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin aparılması və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
"Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir. Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər, dezinformasiya, eləcə də ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər qlobal xarakter daşıyan təhlükələrə çevrilir".
X.Xələfovun sözlərinə görə, indiki dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüququn əsasları əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət fövqəladə əhəmiyyət daşıyır.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17