Fəridə Cabbarova: Dörd mindən çox azərbaycanlının faciəvi taleyi haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik
20 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

"Qarabağ İtkin Ailələri" İctimai Birliyi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyi ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə Brüsseldə dinc aksiya keçirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ İtkin Ailələri" İctimai Birliyi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyi ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə Brüsseldə dinc aksiya keçirir.
"Report"un Avropa bürosuna bu barədə həyat yoldaşı da itkin düşənlər siyahısında olan Fəridə Cabbarova bildirib.
"Biz ailələrin əzablarına son qoymaq üçün soydaşlarımızın taleyini öyrənmək istəyirik. Doğmaları barədə xəbərsiz yaşamağın onlar üçün nə qədər ağır olduğunu sözlə ifadə etmək çətindir. Biz dünyada itkin düşmüş bütün insanların hüquqlarının qorunmasını tələb edirik", - o bildirib.
Onun sözlərinə görə, şəhəri müdafiə edən könüllülər dəstəsində xidmət edərkən Xocalının müdafiəsi zamanı itkin düşmüş həyat yoldaşı Azad Cabbarovun taleyi barədə hələ də heç bir məlumata malik deyil.
Buna görə də o hesab edir ki, aksiya iştirakçıları - birlik üzvləri itkin düşmüş 4 mindən çox soydaşımızın doğmalarının və yaxınlarının səsini çatdırmalıdırlar.
"Ailələrin öz yaxınlarının, heç olmasa, qalıqlarını tapmaq üçün dua etdikləri zaman yaşadığı ümidsizliyin dərəcəsini təsəvvür edin!" - o bildirib.
F. Cabbarova azərbaycanlılar müharibənin və əzabların nə olduğunu bilirlər, buna görə də hamıya sülh arzulayır və müharibəyə qarşı çıxırlar. O həmçinin qeyd edib ki, həm həyat yoldaşının, həm də digər itkin düşənlərin taleyinə aydınlıq gələcəyinə dair ümidini hələ də itirməyib.
Oxşar xəbərlər

Siyasət
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Report.az · 20 oktyabr 2026, 19:47

Siyasət
XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
Report.az · 20 oktyabr 2026, 18:47

Siyasət
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Report.az · 20 oktyabr 2026, 15:47

Siyasət
Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
Report.az · 20 oktyabr 2026, 14:48