TopXəbər

Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir

20 oktyabr 2026, 23:47 · Mənbə: Report.az

Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir

Amerika lideri Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin nizamlanması Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin görüşünü tələb etmir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Amerika lideri Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin nizamlanması Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin görüşünü tələb etmir.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Onların eyni məkanda olmaları tələbi yoxdur. Hesab edirəm ki, onlar bunu başqa cür təmin edə bilərlər. Bunun necə ediləcəyinin mənim üçün fərqi yoxdur", - Tramp qeyd edib.

Onun sözlərinə görə, Avropa Kiyevi dəstəkləməkdən yorulub, razılaşma olmadan isə vəziyyət pisləşəcək.

"Ukrayna sövdələşmə bağlamaq istəməlidir, çünki ABŞ bütöv bir sərvət xərcləyib, Avropa bütöv bir sərvət xərcləyib və indi Avropa bundan yorulub. Əgər onlar sövdələşmə bağlamasalar, yekunda hər şey, mənim fikrimcə, hər şey, doğrudan da, daha da pis olacaq", - Amerika lideri iddia edib.

Daha əvvəl Osloda Avropa, Amerika və Ukrayna tərəflərinin iştirakı ilə keçirilmiş danışıqların yekunları üzrə Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiyada bu ölkənin prezidenti Vladimir Putinlə danışıqlarda liderlər səviyyəsində görüş üçün zəmin hazırlayacaq.