TopXəbər

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada ilə Türkiyə müdafiə və energetika da daxil olmaqla, dörd sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyannamə imzalamaq niyyətindədir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Kanada ilə Türkiyə müdafiə və energetika da daxil olmaqla, dörd sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyannamə imzalamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sənədin bu həftə Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə səfəri zamanı imzalanması planlaşdırılır.

Bəyannamənin iqtisadi əməkdaşlığı, azad ticarət haqqında danışıqların irəlilədilməsini, eləcə də sosial və diplomatik əlaqələrin möhkəmləndirilməsini də əhatə edəcəyi gözlənilir. Mənbənin sözlərinə görə, tərəflər fəaliyyət planlarının hazırlanması üçün dörd istiqamətin hər biri üzrə komitələr yaratmağı planlaşdırırlar.

Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada Baş naziri olacaq. Cümə axşamı Ankarada o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Dünya

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Report.az · 20 oktyabr 2026, 19:17