TopXəbər

Ursula fon der Lyayen: Albaniya Aİ-ə üzvlük prosesidə öndə gedən ölkələrdən biridir

1 oktyabr 2026, 17:15 · Mənbə: Report.az

Ursula fon der Lyayen: Albaniya Aİ-ə üzvlük prosesidə öndə gedən ölkələrdən biridir

Albaniya Avropa İttifaqına (Aİ) üzvlük prosesidə öndə gedən ölkələrdən biridir.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Albaniya Avropa İttifaqına (Aİ) üzvlük prosesidə öndə gedən ölkələrdən biridir.

"Report"un Balkan bürosu xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bunu Albaniyaya səfəri ilə bağlı paylaşımında bildirib.

O, Qərbi Balkanlar üzrə səfərinə məhz bu ölkədən başlamaqdan məmnun olduğunu qeyd edib.

Lyayen Albaniyanın Baş naziri Edi Ramanın ölkənin "Avropa arzusunu reallığa çevirmək üçün" səylə çalışdığını vurğulayıb.

Fon der Leyenin sözlərinə görə, ölkənin Aİ-yə inteqrasiyası istiqamətində ədliyyədən ətraf mühitə qədər müxtəlif sahələrdə islahatlara diqqət yetirilməsi əsas əhəmiyyət daşıyır.

O, həmçinin islahatlarla yanaşı, cəmiyyətlə güclü dialoqun qorunmasının vacibliyini qeyd edib.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47