Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
31 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda milli kök hüceyrə reyestri də yaradılmalıdır:
"Böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz xidmətlərindən yararlana bilməsi üçün müvafiq xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilsə faydalı olar".
Oxşar xəbərlər


Sağlamlıq
Əhliman Imiraslanov: Gələn il süni ilik transplantasiyası limiti 20-dən 50-yə qaldırılır
Report.az · 6 noyabr 2026, 12:17

Sağlamlıq
Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Report.az · 6 noyabr 2026, 11:17

Sağlamlıq
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Report.az · 5 noyabr 2026, 14:48