Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
5 noyabr 2026, 14:48 · Mənbə: Report.az

Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Fotoqalereya
1 / 3Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Bildirilib ki, "Qədiroğlu" MMC tərəfindən idxal edilən, Ukraynanın "Ratnovskiy molokozavod" MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib.
Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib.
Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan "Renet" müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
Oxşar xəbərlər

Sağlamlıq
Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb
Report.az · 17 noyabr 2026, 18:17


Sağlamlıq
WSJ: ABŞ qızılcanın kökünü kəsmiş ölkə statusundan məhrum edilib
Report.az · 14 noyabr 2026, 05:47
