UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
29 sentyabr 2026, 16:15 · Mənbə: Report.az

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Bu barədə "Report" Bakı komandasının mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.
Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.
Qeyd edək ki, paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.
Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.
Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər. Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.
Oxşar xəbərlər

İdman
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Report.az · 20 oktyabr 2026, 04:17

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Report.az · 19 oktyabr 2026, 19:47

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47