Türkdilli dövlətlər arasında ortaq ödəniş sistemlərinin yaradılması hədəflənir
13 oktyabr 2026, 11:17 · Mənbə: Report.az

Türk dünyasında ortaq ödəniş sistemlərinin yaradılması hədəflənir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dünyasında ortaq ödəniş sistemlərinin yaradılması hədəflənir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyasının (TÖDEB) İdarə Heyətinin üzvü Tarık Tombul Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, Türkdilli ölkələr arasında köklü tarixə əsaslanan güclü ticarət əlaqələri mövcuddur: "Bu əlaqələrin genişlənməsi ilə ödəniş sistemlərinin inkişafı bir-birini tamamlayan iki prosesdir. Ticarətin inkişafında əvəzolunmaz amillərdən biri ödəniş sistemləridir. Məhz buna görə də bu sahəyə xüsusi önəm veririk. Ticarət artdıqca daha sürətli, təhlükəsiz və əlçatan ödəniş həllərinə ehtiyac yaranır. Ödəniş infrastrukturu gücləndikcə şirkətlərin yeni bazarlara çıxması və sərhədlərarası ticarət aparması asanlaşır".
T.Tombul əlavə edib ki, buna görə də ödəniş sahəsində tərəfdaşlıq Türkdilli ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinin mühüm elementlərindən biri hesab olunur: "Hədəfimiz isə daha irəliyə getməkdir. Ölkələrimiz arasında ortaq tənzimləmə yanaşmalarının inkişaf etdiyi, ortaq ödəniş sistemlərinin müzakirə olunduğu və sərhədlərarası ödənişlərin daha asan həyata keçirildiyi Türk dünyası arzulayırıq".
Oxşar xəbərlər

İqtisadiyyat
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
Report.az · 19 oktyabr 2026, 21:47

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47