Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib
29 sentyabr 2026, 14:45 · Mənbə: Report.az

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib.
"Report" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı işgüzar assosiasiyalarının və maliyyə institutlarının rəhbərləri ilə görüşündə bildirib.
Tokayevin sözlərinə görə, platforma Almaniya və Avropa kapitalını Qazaxıstanın birgə maliyyələşdirməsi, zəmanət və risklərin bölüşdürülməsi mexanizmləri ilə birləşdirməyə imkan verəcək, "Bayterek" holdinqi isə layihələrin strukturlaşdırılmasını təmin edəcək.
Prezident vurğulayıb ki, Almaniya Qazaxıstanın Avropadakı əsas tərəfdaşlarından biridir və iki ölkənin iqtisadi əməkdaşlıq potensialı heç də tükənməyib.
Tokayev qeyd edib ki, son onillikdə Qazaxıstan regionda ən inkişaf etmiş rəqəmsal və maliyyə ekosistemi yaradıb. Ötən il inkişaf institutları tərəfindən iqtisadiyyata dəstəyin ümumi məbləği 20 milyard dollar təşkil edib.
Onun sözlərinə görə, Qazaxıstan İnkişaf Bankı Almaniyanın maliyyə institutlarının dəstəyi ilə sənaye, energetika və nəqliyyat infrastrukturu sahəsində layihələrin maliyyələşdirilməsi üçün "Deutsche Bank", "Helaba", LBBW, "Commerzbank", KfW və digər təşkilatlardan 1,2 milyard dollardan çox vəsait cəlb edib.
Tokayev "Alatau City"nin potensialını xüsusi qeyd edərək onun Almaniyanın institusional kapitalı ilə Qazaxıstanın investisiya imkanları arasında əlaqələndirici halqa ola biləcəyini vurğulayıb.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17