Texnologiya səhm bazarlarında düşüş başladı
Beynəlxalq səhm bazarlarında texnologiya sektorunda kəskin satışlar qeydə alınıb. "Apple"-ın süni intellekt səbəbindən məhsul qiymətlərini artıracağı xəbərindən sonra texnologiya şirkətlərinin səhm qiymətləri kəskin azalıb.
Dünya bazarlarında texnologiya sektorundakı səhm qiymətləri "Apple"ın süni intellekt xərcləri səbəbilə iPad və MacBook modellərinin qiymətlərini 300 funt sterlinqədək qaldıracağını açıqlaması ilə kəskin şəkildə düşüb.
Cənubi Koreyanın əsas indeksində ticarət səhər saatlarında müvəqqəti dayandırılıb. ABŞ-ın məşhur iPhone istehsalçısı süni intellektin çip yaddaşlarında qıtlığa səbəb olduğunu bildirəndən sonra, indeks iki gün öncə 10 faiz azaldıqdan sonra 5,8 faiz enib.
Yaponiyanın sənaye istiqamətli Nikkei indeksində 4,2 faiz azalma qeydə alınıb, Honq Konq və Çin bazarları da əhəmiyyətli dərəcədə zəifləyib. FTSE 100 və digər Avropa bazarları təxminən 1 faiz həcmində dəyər itirib.
New Yorkda Nasdaq indeksi maksimum 1,3 faiz düşüb. Həmçinin İlon Maskın kosmik şirkəti SpaceX-in səhm qiymətləri 3 faiz azalıb və 2-ci tam həftə ərzində ümumilikdə 18 faiz dəyər itirməyə doğru gedir. Lakin ABŞ bazarında günün sonlarında bərpa müşahidə olunub.
Süni intellektlə bağlı ''OpenAI'' şirkətinin gözlənilən trilyon dollarlıq səhmlərinin buraxılışını gələn ilə təxirə sala biləcəyi xəbərləri də süni intellekt sektoru ilə bağlı səhm bazarına təsir edib.
"Apple" səhm qiymətləri, MacBook və iPad modellərinin qiymətlərini 25 faiz artırdıqdan sonra Wall Streetdə 6,1 faiz çökmüşdür.
Texnologiya nəhəngləri süni intellekt infrastrukturu qurmaq üçün yüz milyardlarla dollar sərmayə yatırıb, bu isə çip tələbatının kəskin artmasına səbəb olub.
Çip səhm bazarlarında artım davam etsə də, "Apple"ın qiymət artımı göstərir ki, istehlakçılar süni intellektə yönəlik bu böyük xərclərin müəyyən hissəsini ödəməli olacaqlar.
"SPI Asset Management" şirkətindən Stiven Innes bildirib ki, "Apple"ın qiymət qaldırmaları göstərir ki, süni intellekt xərcləri artıq istehlakçı tələbinə təsir göstərməyə başlayıb.
15:35
Yekun
Beynəlxalq bazarlarda texnologiya sektorundakı kəskin azalmaları izlədiyiniz üçün təşəkkürlər.
Bazar göstəricilərinə qısa nəzər göstərir ki, Wall Street sərt satışlardan sonra bərpa edib. Dow Jones, S&P 500 və Nasdaq indeksləri kiçik dəyişikliklərlə açılışını davam etdirir.
Avropa bazarları isə aşağı enişi davam etdirir. FTSE 100 son olaraq 0,4 faiz azalıb.
Ən son xəbərləri buradan izləyə bilərsiniz.
15:08
Texnologiya səhm qiymətləri rekord zirvələrdən kəskin düşüb
Bu həftə texnologiya səhm qiymətləri ciddi zərbə alıb. Bir neçə böyük şirkət ötən ilin rekord səviyyələrindən əhəmiyyətli dərəcədə dəyər itirib.
Kripto platforması "Coinbase" 66 faiz, "Salesforce" 59 faiz, "Oracle" isə 53 faiz dəyər itirib.
"Netflix" ötən ilki rekordundan 47 faiz aşağıdır, "Palantir" 48 faiz, "Microsoft" isə 35 faiz azalıb.
14:35
ABŞ səhm bazarı açılışda azalıb
Süni intellekt sektorundakı azalma Wall Street bazarını zəiflədib.
Texnologiya şirkətləri sıxlığı ilə seçilən Nasdaq Composite indeksi açılışda 1,3 faiz azalışla 25.035,70 səviyyəsinə düşüb.
Dow Jones Industrial Average 0,4 faiz, əsas S&P 500 indeksi isə 0,8 faiz azalıb.