Saltair brendi satış imkanlarını araşdırır
ABŞ-lı model Iskra Lawrence ilə əməkdaşlıqda yaradılan Saltair bədən baxımı brendi satış prosesini nəzərdən keçirir. Satış üçün investisiya bankı Raymond James ilə danışıqlar davam edir.
Naturium və Phlur brendlərinin uğurlu satışından sonra The Center, ABŞ-da yaşayan və Instagramda 5 milyondan çox izləyicisi olan Böyük Britaniyalı model və influencer Iskra Lawrence ilə birgə yaratdığı bədən baxımı brendi Saltair üçün satış variantlarını araşdırır.
Sənaye mənbələri bildirir ki, gözəllik brendi investisiya bankı Raymond James ilə satış prosesini həyata keçirmək məqsədi ilə əlaqə saxlayıb. İlkin təkliflərin yaxın vaxtlarda təqdim olunacağı gözlənilir. Saltair-in 2026-cı il üzrə ümumi satışları təxminən 150 milyon dollar təşkil edəcək.
The Center-in nümayəndəsi satışla bağlı şərh verməkdən imtina edib.
2022-ci ildə yaradılan Saltair artıq Target, Ulta Beauty və Amazon kimi bir sıra pərakəndə satış nöqtələrində mövcuddur. Ən çox satılan məhsullar arasında Serum Body Washes, 5 faiz AHA Tər Deodorant Serumu və Qidalandırıcı Bədən Yağı yer alır. Bunlar niasinamid, skvalan və qlikolik turşusu tərkiblidir. Məhsulların qiyməti 12-dən 26 dollara qədər dəyişir.
Ötən il Rachel Şelovits Saltair-in baş icraçı direktoru, Erin Seil isə baş marketinq direktoru təyin olunub. Şelovits əvvəllər Lawless Beauty brendinin baş icraçı direktoru olub və burda Sephora ilə əməkdaşlığı genişləndirib. Seil təyinatdan əvvəl Murad Skincare şirkətində baş marketinq direktoru vəzifəsində işləyib.
Saltair Los-Anceles mərkəzli brend inkubatoru The Center-in tərkib hissəsidir. The Center 2023-cü ildə Naturium-u E.l.f. Beauty-yə 355 milyon dollara, son olaraq isə Phlur ətir brendini TSG Consumer-ə satıb.
The Center-in digər brendləri arasında Cyklar, Make Beauty və Prequel var.
The Center Prelude Growth Partners tərəfindən dəstəklənir.



