TEKNOFEST Güneydoğu yarışmalarında qaliblər mükafatlandırıldı
3 oktyabr 2026, 20:45 · Mənbə: Anadolu Ajansı

TEKNOFEST Güneydoğu yarışmalarında qaliblərə mükafatlar təqdim olunub. Törənə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatılıb.
Anadolu Ajansı yazır ki, Sənaye və Texnologiya Nazirliyi ilə T3 Fondu tərəfindən təşkil edilən TEKNOFEST Güneydoğu festivalında müxtəlif sahələrdə 131 kateqoriyada yarışmalar keçirilib.
Yarışmalar 5G, süni intellekt, elektron müharibə, pilotsuz idarə olunan dronların izlənməsi, inkişaf etmiş avtonom sistemlər, robot texnologiyaları, döyüş İHA-ları, hava yollarının optimallaşdırılması və asılıqlarla mübarizə kimi sahələri əhatə edib.
Festivalda Sənaye və Texnologiya Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Səhiyyə Nazirliyi, TÜSEB, Kiber Təhlükəsizlik İdarəsi, TÜBİTAK, AFAD, Yeşilay, ASELSAN, ROKETSAN, TÜRKSAT, HAVELSAN, MKE, STM, TEİ, BAYKAR, Türk Hava Yolları, "Google" və Anadolu Ajansı kimi qurumlar iştirak edib.
Qaliblər mükafatlarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan alıblar.
Yarışmalar arasında texniki ixtisaslar, idarə olunan vasitələr, süni intellekt tətbiqləri, ekoloji mövzular, elm və texnologiyada yeniliklərin təşviqi məqsədilə müxtəlif sahələrdə müsabiqələr də olub.
Oxşar xəbərlər

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17

Dünya
Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
Report.az · 19 oktyabr 2026, 13:47

Dünya
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Report.az · 19 oktyabr 2026, 13:17

Dünya
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
Report.az · 19 oktyabr 2026, 12:47