TopXəbər

Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər

19 oktyabr 2026, 13:17 · Mənbə: Report.az

Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər

Portuqaliyada mənzillərin bahalaşmasına qarşı etirazlar ikinci həftədir ki, davam edir, nümayişçilər paytaxt Lissabonunr əsas meydanların birində düşərgə salıblar.

Yeniliklərdən dərhal xəbərdar olun!

Portuqaliyada mənzillərin bahalaşmasına qarşı etirazlar ikinci həftədir ki, davam edir, nümayişçilər paytaxt Lissabonunr əsas meydanların birində düşərgə salıblar.

"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın dövlət ictimai teleradio yayım şirkəti məlumat yayıb.

Oktyabrın 27-də parlament binası qarşısında genişmiqyaslı mitinqin, eləcə də noyabrın 11-də tətilin keçirilməsi mümkünlüyü barədə müzakirələr aparılır.

Əlçatan mənzil hərəkatı kirayə haqqının artırılmasını, dövlət mənzil fondunun genişləndirilməsini və hökumətin mənzil böhranının həlli üçün təcili tədbirlər görməsini tələb edir.

Etirazçılar düşərgəni dağıtmaq ehtimalını istisna etmirlər, lakin bu gün keçiriləcək parlament iclasının nəticələrini gözləyirlər.

Etirazçılar elan ediblər ki, nümayişlər ilin sonunadək davam edəcək.