Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
19 oktyabr 2026, 13:47 · Mənbə: Report.az

Günel Bədəlovanın Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilməsi Azərbaycan üçün yeni imkanlar yaradır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Günel Bədəlovanın Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilməsi Azərbaycan üçün yeni imkanlar yaradır.
Bu barədə "Report"a Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi açıqlama verib.
G.Bədəlova ISMF-də vitse-prezident vəzifəsinə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Həm də Azərbaycan üçün yeni imkanlar yaradır. Qurumun rəhbərliyində Avstriya, İsveçrə və Fransa kimi ölkələrlə yanaşı, Azərbaycanın olması bu idmanın ölkəmizdə nə qədər inkişaf etdiyini və qısa zaman ərzində böyük nailiyyətlər qazandığımızı göstərir".
Baş katib hələlik əsas prioritetləri açıqlaya bilməyəcəyini deyib:
"Çünki ilk növbədə bu qurumda konkret hansı vəzifələrə cavab verdiyim müəyyən olunmalıdır. Daha sonra bu barədə geniş danışa bilərəm. ISMF-nin kütləviliyini artırmaq, daha çox üzv qəbul etmək niyyətindəyik".
Xatırladaq ki, Günel Bədəlova Polşanın Zakopane şəhərində keçirilən ISMF-nin Plenar Assambleyasında vitse-prezident seçilib.
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17