"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsinə çıxış əldə etməyi planlaşdırır
23 oktyabr 2026, 06:48 · Mənbə: Report.az

İlon Maskın "SpaceX" şirkəti ABŞ-də ən azı 80 min mobil rabitə qülləsinə çıxış əldə etməyi planlaşdırır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İlon Maskın "SpaceX" şirkəti ABŞ-də ən azı 80 min mobil rabitə qülləsinə çıxış əldə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "SpaceX" bir neçə şirkətlə, o cümlədən ölkənin əsas mobil rabitə qülləsi sahiblərindən biri olan "Crown Castle" ilə danışıqlar aparır. Mümkün sövdələşmələrin dəyəri milyardlarla dollar təşkil edə bilər.
"Bloomberg" qeyd edir ki, bu infrastrukturdan istifadə ilə bağlı razılaşmaların əldə olunması ABŞ-də dördüncü ən böyük simsiz rabitə operatoruna çevrilməyi hədəfləyən "SpaceX"in mövqelərini gücləndirəcək.
Oxşar xəbərlər


Texnologiya
Etsy platformasında süni intellektlə bağlı yalnış elanları məhdudlaşdırır
The Verge · 23 oktyabr 2026, 04:17

Texnologiya
Mark Zuckerberqin California milyarder vergisini ödəmək planı Meta-nın idarəetməsini itirməməyə imkan verir
TechCrunch · 23 oktyabr 2026, 04:17

Texnologiya
Warhound müharibə itləri düzəldib onlara Anduril texnologiyası verir
TechCrunch · 23 oktyabr 2026, 03:17