"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
23 oktyabr 2026, 07:46 · Mənbə: Report.az

Macarıstan hökumətindən konkret siqnalların olmaması səbəbindən "Pakş-2" atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin tamamilə dayandırılması ehtimalı mövcuddur.
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan hökumətindən konkret siqnalların olmaması səbəbindən "Pakş-2" atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin tamamilə dayandırılması ehtimalı mövcuddur.
"Report" xəbər verir ki, bunu Rusiyanın layihə üzrə işləri həyata keçirən "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
"Macarıstan hökumətindən hər hansı konkret siqnalın olmaması səbəbindən hazırda layihənin daha böyük sürətlə inkişaf etməsi ilə yanaşı, tamamilə dayandırılması ehtimalı da var", – o deyib.
"Rosatom" rəhbərinin sözlərinə görə, korporasiya obyektin gələcək icrası ilə bağlı Macarıstan hakimiyyəti ilə birbaşa dialoq aparmır.
"Biz Macarıstan hökumətini rəsmi qaydada məlumatlandırırıq, hazır olduğumuzu dəfələrlə bildirmişik, lakin hələlik cavab almamışıq", – Lixaçov əlavə edib.
Macarıstanda yeganə AES olan "Pakş" 1974-cü ildə tikilib. "Rosatom"un baş podratçısı olduğu "Pakş-2" layihəsinin dəyəri 12,5 milyard avro təşkil edir. Layihə çərçivəsində beşinci və altıncı olmaqla iki yeni enerji blokunun tikintisi nəzərdə tutulur. Obyektdə beton tökmə işlərinə 2026-cı ilin fevralında başlanılıb.
Avqust ayında Macarıstanın Baş naziri Peter Magyar layihənin auditi üzrə aralıq nəticələrdən narazılığını bildirib. O, hökumətin ilin sonunadək müqavilələri, biznes modelini və yeni stansiyanın ölkənin enerji balansındakı rolunu təhlil etməyi planlaşdırdığını qeyd edib.
Oxşar xəbərlər


Dünya
Aİ-də etiraz dalğası səbəblərə görə artır, bundan sonra da böyüyəcək
TASS · 23 oktyabr 2026, 08:18


Dünya
Rusiya Ukraynaya qarşı müharibədə 1 830 əsgər itirib
Ukrainskaya Pravda · 23 oktyabr 2026, 08:18