TopXəbər

Şimali Koreya: ABŞ-nin fəaliyyəti nüvə silahlarının yayılmaması sistemini zəiflədir

29 sentyabr 2026, 07:15 · Mənbə: Report.az

Şimali Koreya: ABŞ-nin fəaliyyəti nüvə silahlarının yayılmaması sistemini zəiflədir

ABŞ-nin fəaliyyəti beynəlxalq nüvə silahlarının yayılmaması sistemini zəiflədir və yeni silahlanma yarışının risklərini artırır.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ-nin fəaliyyəti beynəlxalq nüvə silahlarının yayılmaması sistemini zəiflədir və yeni silahlanma yarışının risklərini artırır.

"Report" xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyinin memorandumunda bildirilib.

Sənəd Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanıb.

"ABŞ-nin nüvə silahlarının şaquli və üfüqi yayılması istiqamətində açıq fəaliyyəti beynəlxalq yayılmama rejiminin əsaslarını sarsıdır və bütün dünyada sülh və təhlükəsizliyə təhdid yaradan başlıca amilə çevrilir", – sənəddə qeyd olunub.

Pxenyan "şaquli yayılma" dedikdə, ilk növbədə ABŞ-nin öz nüvə arsenalını genişləndirməsini və modernləşdirməsini nəzərdə tutur. Qurum LGM-35A Sentinel qitələrarası ballistik raketinin, B-21 strateji bombardmançılarının, Columbia sinfinə aid sualtı qayıqların, B61 nüvə aviasiya bombalarının yeni modifikasiyalarının hazırlanmasını və "Golden Dome" raketdən müdafiə sisteminin yaradılması planlarını qeyd edib.

Memorandumda "üfüqi yayılma" məsələsinə də ayrıca yer ayrılıb. Şimali Koreya Xarici İşlər Nazirliyi Vaşinqtonu müttəfiqlərinə nüvə texnologiyaları ötürməkdə, ABŞ hüdudlarından kənarda müvafiq vasitələr yerləşdirməkdə və Avropa və Asiya tərəfdaşları ilə genişləndirilmiş çəkindirmə mexanizmlərini inkişaf etdirməkdə ittiham edib.

Sənəddə buna nümunə kimi NATO, AUKUS, həmçinin Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq göstərilib.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47