Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
27 sentyabr 2026, 00:46 · Mənbə: Report.az

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı, 2022-ci il təvəllüdlü M.T müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər


Ölkə
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Report.az · 18 oktyabr 2026, 14:17

