Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
1 oktyabr 2026, 08:45 · Mənbə: Report.az

Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.
Fotoqalereya
1 / 4Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
"Report"un Aran bürosunun məlumatına görə, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb.
Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı.
Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.
Oxşar xəbərlər


Ölkə
Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Report.az · 5 oktyabr 2026, 23:45

Ölkə
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Report.az · 5 oktyabr 2026, 23:15
