"Sabah"ın baş məşqçisi Lazar Spasiç: "Azərbaycan Basketbol Liqasında bu mövsüm rəqabət böyük olacaq"
30 sentyabr 2026, 23:15 · Mənbə: Report.az

Azərbaycan Basketbol Liqasında (ABL) bu mövsüm rəqabət olacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında (ABL) bu mövsüm rəqabət olacaq.
"Report" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis ABL-in I turunda "LANDAU Lions" komandasına qarşı keçirdikləri oyun barəsində danışıb:
"Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda çox vacib rol oynayırlar. Mən onlardan gələcəkdə daha da inkişaf etmələrini və qarşıdakı böyük inkişaf prosesinin bir hissəsi olmalarını gözləyirəm.
Təşkilatçılıq, ab-hava əla idi. Gördüklərimə əsasən düşünürəm ki, bizi rəqabətli liqa gözləyir. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Tribunada çoxlu insan görəndə xoşbəxt oluram. Ümid edirəm ki, azarkeşlərimiz bizi hər oyunda bu cür dəstəkləyəcəklər. Bizim işimiz oyunları qazanmaq və onlara sevinc bəxş etməkdir".
Qeyd edək ki, "Sabah" - "LANDAU Lions" qarşılaşması birincilərin 84:74 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17