Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva qarşıtı təşkilat rəhbərini beynəlxalq axtarışa verib
28 sentyabr 2026, 11:45 · Mənbə: TASS
Rusiya Federal Təhlükəsizlik Xidməti Londonda yerləşən Rus mühacirlər təşkilatının rəhbərini beynəlxalq axtarışa verib.
TASS yazır ki, keçmiş model Ksenia Maksimova Londonda fəaliyyət göstərən Rus mühacirləri təşkilatının rəhbəri kimi beynəlxalq axtarış siyahısına daxil edilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, Maksimova həm federal, həm də beynəlxalq axtarış siyahısına götürülüb və Rosfinmonitorinq tərəfindən ekstremist fəaliyyət və ya terrorizm şübhəsi ilə qeyd olunan şəxslər siyahısına əlavə edilib.
FTX onun barəsində Rusiya Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açıldığını bildirir. Bu maddə terror təşkilatında iştirakla bağlıdır.
Maksimova həmçinin Moskvanın yasaq elan etdiyi Rus Demokratik Cəmiyyəti UK təşkilatının funksioneri və Rusiya Ali Məhkəməsi terrorçu təşkilat kimi tanıdığı Rusiya Əleyhinə Müharibə Komitəsinin Britaniyadakı konsulu kimi fəaliyyət göstərir.
FTX qeyd edib ki, Maksimova vasitəsilə Rus Demokratik Cəmiyyəti UK Kiyev hökumətinə yardım vəsaitləri toplayıb və digər dəstəklər göstərib. Həmçinin təşkilat Rusiyada hakimiyyət çevrilişi və konstitusiya quruluşunun dəyişdirilməsi planlaşdıranların platforması olub, Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatlar yayaraq, Qərb dəstəkçilərinin tapşırığı ilə Britaniyada rus rəsmilərinin fəaliyyətinə qarşı kampaniyalar təşkil edib.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17