Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
12 noyabr 2026, 22:48 · Mənbə: Report.az

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, biz bütün məsələləri ətraflı müzakirə etdik. Bu, gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək", – Kuşner deyib.
Daha əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ və Rusiyanın yeni danışıqlar raundunu razılaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, görüşə Avropa nümayəndələri də qoşulacaq.
Oxşar xəbərlər




Dünya
Mançesterdə reperin konserti gözyaşardıcı qaz səbəbindən yarımçıq dayandırılıb
Report.az · 23 noyabr 2026, 05:47