TopXəbər

Rusiya cərrahlarının iş rejimi 2027-ci ildən dəyişəcək

28 sentyabr 2026, 09:15 · Mənbə: News.ru

Rusiya cərrahlarının iş rejimi 2027-ci ildən dəyişəcək

Rusiya Səhiyyə Nazirliyi 2027-ci ildən cərrahların xəstəxanalardan kənarda da fəaliyyət göstərə biləcəyini təklif edir.

News.ru yazır ki, Rusiya Səhiyyə Nazirliyi 2027-ci il yanvarın 1-dən cərrahların iş rejimini dəyişməyi planlaşdırır.

Layihəyə əsasən, cərrahlar yalnız xəstəxanalarda yox, təcili yardım briqadalarının çağırış yerində və tibbi evakuasiya maşınlarında da yardım göstərə biləcəklər.

Bundan başqa, cərrahların palliativ tibbi xidmətlərdə də çalışması nəzərdə tutulur.

Kandidatlardan tələblər isə Rusiya Səhiyyə Nazirliyinin cərrahlar üçün müəyyən etdiyi sertifikat və ixtisas kriteriyalarına uyğun olmalıdır.

Sənəd təsdiqlənərsə, yanvarın 1-dən qüvvəyə minəcək.

Eyni zamanda, 2026-cı ilin yanvar-iyul aylarında Rusiyada 10,1 milyon insan dövlət tərəfindən maliyyələşdirilən reproduktiv dispanserizasiyadan istifadə edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.