Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub
4 noyabr 2026, 12:47 · Mənbə: Report.az

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
"Report" xəbər verir ki, 29 yaşlı hücumçu buna "Aston Villa"nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub.
Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 23-ə çatdırıb.
O, həmvətənləri Rivaldo (22) və Neymarı (21) geridə qoyub.
"Barselona" forması ilə UEFA Çempionlar Liqasında Rafinyadan daha çox qol vuran yalnız iki futbolçu var. Bunlar Luis Suares (25) və Lionel Messidir (120).
Oxşar xəbərlər

İdman
"Mançester Yunayted" Nussair Mazrauini buraxmaq niyyətində deyil
Report.az · 15 noyabr 2026, 16:17

İdman
Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
Report.az · 15 noyabr 2026, 12:17


İdman
UEFA Millətlər Liqası: Fransa Türkiyəni, İspaniya İngiltərəni qəbul edəcək
Report.az · 15 noyabr 2026, 09:17