ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
23 noyabr 2026, 23:47 · Mənbə: Report.az

ABŞ-nin Fövqəladə Halların İdarə Olunması Federal Agentliyi təbii fəlakətlərdən zərər çəkmiş yaşayış məntəqələrinin bərpası və onların gələcək fəlakətlərə qarşı dayanıqlığının artırılması üçün 1,4 milyard dollardan çox vəsaitin ayrılmasını təsdiqləyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Fövqəladə Halların İdarə Olunması Federal Agentliyi təbii fəlakətlərdən zərər çəkmiş yaşayış məntəqələrinin bərpası və onların gələcək fəlakətlərə qarşı dayanıqlığının artırılması üçün 1,4 milyard dollardan çox vəsaitin ayrılmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə təşkilatın saytındakı bəyanatda qeyd olunub.
Bildirilib ki, maliyyələşdirmə 48 ştatı, iki ərazini, Kolumbiya dairəsini və iki hindu rezervini əhatə edəcək.
"Public Assistance" proqramı çərçivəsində kritik əhəmiyyətli infrastrukturun təmiri, ictimai binaların və yolların bərpası, həmçinin təbii fəlakətlərdən sonra ictimai təhlükəsizliyin təmin edilməsi xərclərinin kompensasiya olunması üçün 1 milyard dollardan çox vəsait yönəldiləcək.
Xüsusən də "Mariya" qasırğasından sonra bərpa işləri üçün Puerto-Rikodakı Ruzvelt-Rouds Yenidənqurma İdarəsi 45 milyon dollardan çox vəsait alacaq. "Helen" qasırğası nəticəsində zədələnmiş yolların təmiri üçün Şimali Karolina Nəqliyyat Departamentinə 8 milyon dollardan çox vəsait ayrılacaq.
Bundan başqa, gələcək təbii fəlakət risklərinin azaldılması layihələrinə 383 milyon dollardan çox vəsait nəzərdə tutulub. Vəsaitlər, xüsusilə sürüşmə və daşqınlarla mübarizəyə, infrastrukturun möhkəmləndirilməsinə və kommunal sistemlərin dayanıqlığının artırılmasına sərf olunacaq.
Daha 3,8 milyon dollardan çox vəsait isə "Artur" tropik fırtınasından sonra zərərçəkənlərin müşayiəti və psixoloji yardım proqramları üçün Luiziana ştatına yönəldiləcək.
Oxşar xəbərlər

Dünya
Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir
Report.az · 23 noyabr 2026, 23:17



Dünya
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Report.az · 23 noyabr 2026, 22:47