Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb
31 oktyabr 2026, 02:17 · Mənbə: Report.az

Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb.
"Report" Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski və onun müavini Barтоş Soxanskinin bir ay müddətinə xidməti vəzifələrini icra etməkdən müvəqqəti kənarlaşdırılması barədə məlumat yerləşdirilib.
Bu müddətdə tribunala qurumda ən uzun iş stajına malik hakim Anna Korvin-Petrovskaya rəhbərlik edəcək.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb kimi, digər məsələlərlə yanaşı, sədr və müavinin parlament tərəfindən seçilmiş bütün hakimlərin iştirakı ilə tribunal hakimlərinin ümumi iclasının çağırılmasına mane olan hərəkətləri, eləcə də məhkəmə tərkiblərinin formalaşdırılması zamanı yol verilən pozuntular göstərilib.
"Polsat" telekanalının məlumatına görə, bu xəbərlərdən sonra məhkəmə binasının qarşısına çoxsaylı etirazçılar toplaşıb. Daha sonra polis əraziyə daxil olub.
Varşava polisinin mətbuat xidmətindən bildirilib ki, baş prokuror Valdemar Jurek davam edən etirazlarla əlaqədar Konstitusiya Tribunalının təhlükəsizliyinə "xüsusi diqqət yetirilməsi" xahişi ilə müraciət edib.
Oxşar xəbərlər

Dünya
Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib
Report.az · 11 noyabr 2026, 02:47


Dünya
İsrail HƏMAS-ın tərk-silah olunması ilə bağlı vasitəçilərə çağırış edib
Report.az · 11 noyabr 2026, 02:17

Dünya
Əraqçi ABŞ-nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA-ya etiraz məktubu ünvanlayıb
Report.az · 11 noyabr 2026, 01:47