AIIB Bakı metrosunun maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
23 noyabr 2026, 09:17 · Mənbə: Report.az

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin "Yaşıl" xəttinin genişləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 820 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdən keçirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin "Yaşıl" xəttinin genişləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 820 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdən keçirir.
"Report" Banka istinadən xəbər verir ki, bu layihə ilə ("Baku Metro Expansion Project - Phase II") ümumi uzunluğu təxminən 8 kilometr olan ikiyollu tunellərin inşası və dörd yeraltı stansiyanın tikintisi nəzərdə tutulur.
"Layihə hazırda Direktorlar Şurasında təsdiqlənmək üçün bankdaxili prosedurlardan keçir", - AIIB-dən "Report"a bildirilib.
Bu təşəbbüs üç əsas komponenti əhatə edir: mülki infrastrukturun və mühəndislik sistemlərinin inkişafı (tunellərin çəkilməsi və stansiyaların inşası üzrə tikinti işləri, o cümlədən MEP mexaniki, elektrik və santexnika sistemlərinin quraşdırılması), müasir siqnallaşdırma və rabitə sistemlərinin (qatarların hərəkətini idarəedən CBTC radiolaşdırılmış sistemləri, habelə metropolitenin fəaliyyət göstərən şəbəkəsi ilə uyğunlaşan SCADA dispetçer idarəetməsi və məlumatların toplanması sistemləri) tətbiqi və inteqrasiyası, həmçinin layihənin müşayiəti, ekoloji və sosial menecment və institusional potensialın gücləndirilməsi üzrə məsləhət xidmətlərini nəzərdə tutan texniki yardımın göstərilməsi.
Layihənin həyata keçirilməsi dayanıqlı və inklüziv şəhər mobilliyini genişləndirmək, iqlim hədəflərini dəstəkləmək və Bakının post-sənaye rayonlarının regenerasiyasını stimullaşdırmaq məqsədi daşıyır.
Yeni faza Azərbaycan hökumətinin "Bakı Metropoliteni" QSC-nin genişləndirilməsi üzrə ümumi dəyəri 2,455 milyard ABŞ dolları olan irimiqyaslı proqramının əsas mərhələsidir. "Yaşıl" xəttin uzadılmasından əlavə, bu proqram "Dərnəgül" və "Xocasən" elektrik depolarının tikintisinin başa çatdırılmasını (Faza I), siqnallaşdırma sistemlərinin rəqəmsallaşdırılması və modernləşdirilməsi layihəsini (Asiya İnkişaf Bankı - ADB tərəfindən maliyyələşdirilir), ADB-in dəstəyi ilə "Bənövşəyi" xəttin paralel olaraq genişləndirilməsini, habelə hərəkət tərkibinin yenilənməsini (Faza III) əhatə edir.
Xatırladaq ki, bu ilin fevralında AIIB-in Direktorlar Şurası "Bakı Metropoliteni"nin genişləndirilməsi layihəsinin birinci fazasının maliyyələşdirilməsi üçün artıq 180 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. Beləliklə, Bakı metrosunun inkişafı layihəsinin bank tərəfindən maliyyələşdirilməsinin ümumi həcmi 1 milyard ABŞ dollarına çatacaq.
Oxşar xəbərlər

İqtisadiyyat
ROX Group Azərbaycanda mövcudluğunu genişləndirir, təmiz enerjiyə investisiya strategiyasını irəli aparır
Report.az · 22 noyabr 2026, 15:17

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17