TopXəbər

Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"

23 noyabr 2026, 10:17 · Mənbə: Report.az

Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"

İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır.

Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"

  • 23 noyabr, 2026
  • 10:14
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır.

    "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes forumunda deyib.

    O bildirib ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəmiz həcmi 12 milyard ABŞ dollarına yaxın olub: "Bu ilin ilk 9 ayında isə ölkələrimiz arasında ticarətin həcmi 9 milyard ABŞ dollarından çoxdur. Qeyri-neft ticarətinin genişlənməsi sahibkarlara Avropa bazarına çıxmağa, sənaye müəssisələrimizə isə istehsalı müasirləşdirməyə imkan verir".

    Nazir müavini qeyd edib ki, Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir: "Azərbaycan İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Dövlət Neft Fondu və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu istiqamətdə böyük uğurlara imza atıb".