Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
6 noyabr 2026, 11:17 · Mənbə: Report.az

Payız-qış aylarında uşaqlar arasında virus infeksiyaların artımını birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil.
Yeniliklərdən dərhal xəbərdar olun!
Payız-qış aylarında uşaqlar arasında virus infeksiyaların artımını birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil.
"Report" xəbər verir ki, bunu uşaqların mövsümi xəstəliklərdən qorunması, immun sisteminin dəstəklənməsi və sağlam gündəlik rejimin formalaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib.
Onun sözlərinə görə, mövsümi keçidlər insan orqanizminə fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, iki əsas payız/qış və yaz/yay fəsillərinin dəyişməsini nəzərdə tuturlar:
"Hava temperaturunun kəskin dəyişməsi, soyuğa/istiyə uyğunlaşma immun sistemini həddindən artıq yükləyir, bu da soyuqdəymə və virus xəstəliklərinin artmasına gətirib çıxarır. Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə qarşı daha həssasdır. Günəş işığının artıb və ya azalması, öz növbəsində insanlarda sirkad ritmlərini (bioloji saatlar və ya bioritmlər) kobud şəkildə pozur, bu da yuxu çatışmazlığına, orqanizm üçün sistemli stressə səbəb olur.
Payız -qış aylarında uşaqlar arasında virus infeksiyaların artımı birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil. Əsasən bağça və məktəblilər arasında bu kimi xəstəliklər daha çox yayılır. Bu da, onunla bağlıdır ki, yay fəslində havaların isti keçməsi nəticəsində virusların aktivliyi azalır və bu kateqoriyadan olan uşaqlar tətildə olur. Payız fəslində isə virusların aktivliyində yüksəliş baş verir, eyni zamanda uşaqlar bu aylarda əsasən qapalı məkanlarda və toplaşmış halda olduqlarına görə, infeksiyon xəstəliklərin yoluxma halları artır".
Oxşar xəbərlər

Sağlamlıq
Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb
Report.az · 17 noyabr 2026, 18:17


Sağlamlıq
WSJ: ABŞ qızılcanın kökünü kəsmiş ölkə statusundan məhrum edilib
Report.az · 14 noyabr 2026, 05:47
