"O Jogo": Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib
1 oktyabr 2026, 04:15 · Mənbə: Report.az

Hücumçu Kriştianu Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hücumçu Kriştianu Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın "O Jogo" nəşri məlumat yayıb.
Məlumata görə, qərar qəbul edilir və geri dönməzdir. Hücumçu artıq Portuqaliyanı təmsil etməyəcək və Millətlər Liqasının I turunun Uelslə matçı (1:0) onun üçün milli komandada sonuncu olub.
Daha əvvəl Ronaldu milli komandanın məşqini tərk edib və yaxın saatlarda komandasının bu gün Millətlər Liqasının 3-cü turunun Danimarka ilə matçını keçirəcəyi Kopenhagendən uçmalı idi.
Ronaldu Portuqaliya millisində 234 oyun keçirib və 146 qol vurub. O, həm keçirilən oyunlar, həm də vurulan qollar üzrə komanda rekordçusudur.
Oxşar xəbərlər


İdman
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Report.az · 18 oktyabr 2026, 09:17


İdman
Hindistan və Qərbi Hindistan yağış səbəbindən T20 finalını tamamlamayıb
Al Jazeera · 17 oktyabr 2026, 22:17