NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
18 oktyabr 2026, 06:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya təbii qazının Avropaya tədarükünün bərpası imkanını Rusiya-Ukrayna münaqişəsinin nizamlanması elementlərindən biri kimi nəzərdən keçirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya təbii qazının Avropaya tədarükünün bərpası imkanını Rusiya-Ukrayna münaqişəsinin nizamlanması elementlərindən biri kimi nəzərdən keçirir.
"Report" "The New York Times" (NYT) qəzetinə istinadən xəbər verir ki, amerikalı rəsmilər bu təşəbbüsü Ukrayna və Avropa rəsmiləri ilə müzakirə ediblər.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu məsələni danışıqlar zamanı, o cümlədən sentyabrda Kiyevə səfərləri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə gündəmə gətiriblər.
Amerika tərəfi əvvəllər Rusiya qazını Ukrayna ərazisindən keçməklə Avropadakı istehlakçılara çatdıran boru kəmərlərinin fəaliyyətinin bərpası imkanının nəzərdən keçirilməsini təklif edib. Vaşinqton hesab edir ki, qaz tədarükünün bərpası Moskvanın münaqişənin dayandırılmasına razılıq verməsi üçün iqtisadi stimullardan biri ola bilər.
Bununla belə, NYT yazır ki, Avropa tərəfi danışıqlarda bu təşəbbüsə mənfi yanaşıb. Rusiya qazının Avropa bazarına qaytarılması Avropa İttifaqının Rusiya enerji resurslarından asılılığı azaltmaq səylərinə zidd olardı.
Eyni zamanda, Tramp administrasiyasının nümayəndələri Rusiya qazının ixracının bərpasının mümkün sülh sazişinə daxil edilə biləcəyini düşünürlər.
Mənbələrin sözlərinə görə, amerikalı danışıqçılar belə qərarın potensial iqtisadi üstünlüklərinə diqqət çəkirlər. Belə ki, Ukrayna qaz tranzitindən yenidən gəlir əldə edə, Avropa istehlakçıları isə daha ucuz enerji resurslarına çıxış qazana bilərlər.
Rusiya qazının Ukrayna ərazisindən tranziti müvafiq müqavilənin müddəti başa çatdıqdan sonra 2025-ci ilin yanvarında dayandırılıb. Həmin vaxtadək tranzit Ukraynaya hər il əhəmiyyətli gəlir gətirirdi. Rusiya-Ukrayna münaqişəsi fonunda Avropa ölkələri enerji təchizatı mənbələrini şaxələndirmək məqsədilə Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaldıblar.
Nəşrin məlumatına görə, Vaşinqton enerji sahəsində əməkdaşlığa münaqişə tərəfləri arasında razılaşmanın əldə olunması üçün mümkün vasitələrdən biri kimi baxır.
Oxşar xəbərlər

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17

Dünya
Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
Report.az · 19 oktyabr 2026, 13:47

Dünya
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Report.az · 19 oktyabr 2026, 13:17

Dünya
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
Report.az · 19 oktyabr 2026, 12:47