Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib
1 oktyabr 2026, 17:45 · Mənbə: Report.az

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib.
"Report"un yerli bürosu xəbər verir ki, oktyabrın 1-də Naxşıvan MR Mərkəzi Seçki Komissiyasının (MR) iclası keçirilib.
İclasda VII çağırış Ali Məclisin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Onun müraciəti qanunvericiliyə uyğun qaydada MSK-da araşdırılıb və deputat mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.
MSK Q.Abdullayevin ərizəsini nəzərə alaraq Naxçıvan MR Konstitusiyasının və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" muxtar respublikanın qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
Oxşar xəbərlər


Siyasət
Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib
Report.az · 5 oktyabr 2026, 12:15

Siyasət
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Report.az · 5 oktyabr 2026, 00:15

Siyasət
Cəbrayılın bugünkü siması iki böyük tarixi mərhələni birləşdirir: yaddaş və gələcək - RƏY
Report.az · 4 oktyabr 2026, 20:15