Nahid Məmmdov: Qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq əsas vəzifələrdəndir
18 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq, həmçinin proseslərə dinin təsirini tənzimləmək əsas vəzifələr sırasındadır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq, həmçinin proseslərə dinin təsirini tənzimləmək əsas vəzifələr sırasındadır.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ağstafada keçirilən "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmdov deyib.
O, konfransın əsas mövzusunun qloballaşan dünyada müasir metodlardan istifadə etməklə dini maarifləndirmənin təşkili, milli kimliyin aşılanması və bu dəyərlərin cəmiyyətdə birbaşa təbliği olduğunu vurğulayıb:
"Eyni zamanda, hədəflərdən biri də gənclərimizin dini mövzularda maarifləndirilməsi, onların dini radikalizmdən uzaq tutulması istiqamətində fəaliyyətin qurulmasıdır. Qeyd etməliyik ki, qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq, müasir dünyada baş verən proseslərə dinin təsirini tənzimləmək, cəmiyyəti dini radikalizmin təsirlərindən qorumaq qarşıda duran əsas vəzifələrdəndir. Regionlarda keçirilən və çox sayda iştirakçının qatıldığı konfranslardan sonra müxtəlif metodlarla tədbirlərin qiymətləndirilməsi həyata keçirilir. Həmin iştirakçılar, xüsusilə, din xadimləri keçirilən konfranslarda diqqət mərkəzində olan məsələlərin yerlərdəki əsas təbliğatçılarıdırlar".
Dövlət Komitəsinin nümayəndəsi Azərbaycanda dini radikalizm mövcud olmadığını qeyd edib:
"Amma bütün bunlara baxmayaraq, regionda baş verən proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyi müşahidə olunmaqdadır. Ona görə də keçirilən tədbirlərin həm də bu təsirlərin qarşısının alınmasındakı rolunu qeyd etməliyik. Əlbəttə, növbəti ildə də analoji konfransların keçirilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər

Ölkə
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin yeddi üzvü xəsarət alıb
Report.az · 22 noyabr 2026, 23:17



Ölkə
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Report.az · 22 noyabr 2026, 11:17