TopXəbər

Nacer Khemir "40 Sufi Masalı" sərgisini açdı

27 sentyabr 2026, 01:15 · Mənbə: Anadolu Ajansı

Tunuslu sənətçi Nacer Khemirin "40 Sufi Masalı" adlı sərgisi İstanbulda Rami Kitabxanasında açıldı. Sərgi fəlsəfi və tasavvufi hekayələri əhatə edir.

Tunuslu sənətçi, yazıçı və rejissor Nacer Khemirin "40 Sufi Masalı" sərgisi Türkiyənin İstanbul şəhərində Rami Kitabxanasında sənətsevərlərin görüşünə təqdim olunub.

Anadolu Ajansı yazır ki, sərgi Türkiyə Mədəniyyət Yolu Festivalının İstanbul mərhələsi çərçivəsində açılıb və onun küratorluğu Ayşə Kalyoncu Cumura məxsusdur.

Nacer Khemir-in “40 Sufi Masalı” sərgisi Rami Kitabxanasında açıldı
Nacer Khemir-in “40 Sufi Masalı” sərgisi Rami Kitabxanasında açıldı

Sərgidə insanın həqiqəti, sevgi, arzu, qorxu və özünü tanımaq axtarışı müxtəlif xarakter və nağıllar vasitəsilə təqdim olunur.

Nacer Khemir AA müxbirinə açıqlamasında "Bab'Aziz" filmindən sonra kino çəkilişlərinin çox vaxt və maliyyə tələb etdiyini nəzərə alaraq, tasavvufi və fəlsəfi hekayələri bir yerə topladığını bildirib. O, həyatın mənasını axtarmaq üçün bu hekayələrlə dünyadakı nizamı anlamağa çalışdığını deyib.

Hekayələrin cavab verməkdən çox sual yaratmaq məqsədi daşıdığını vurğulayan sənətçi, onların həm uşaqlar, həm də yetkinlər üçün faydalı ola biləcəyini və gələcəkdə müxtəlif platformalarda təqdim oluna biləcəyini söyləyib.

Khemir bildirib ki, kinoçu olmamışdan əvvəl o rəssam olub və sərgidə təqdim olunan əsərlər nağılların illüstrasiyasıdır, orijinal rəsm əsərləri deyil. O, gələcəkdə Türkiyədə, xüsusən İstanbulda şəxsi rəsm və heykəl sərgisi açmaq arzusunda olduğunu əlavə edib.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47