Moldovanın Baş naziri Ukraynaya gedib
26 oktyabr 2026, 11:47 · Mənbə: Report.az

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib.
Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq.
Moldova hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı iki ölkənin Baş nazirləri tərəfindən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi və ticari əməkdaşlığın inkişafı, regional təhlükəsizlik və Avrointeqrasiya məsələləri müzakirə olunacaq.
Tofanla birlikdə Ukraynaya infrastruktur və regional inkişaf naziri Vladimir Bolya, müdafiə naziri Anatoli Nosatı və energetika naziri Dorin Junqietu gəliblər.
Onlar investisiya imkanlarına və iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş Kiyev Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəklər.
Oxşar xəbərlər

Dünya
Polşada 20 milyon dollardan çox dəyəri olan 1,5 ton narkotik müsadirə edilib
Report.az · 26 oktyabr 2026, 13:17



Dünya
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Report.az · 26 oktyabr 2026, 09:17