TopXəbər

Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb

26 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işləri, rəsm əsərləri və ailə təsərrüfatı məhsullarının sərgi-satış yarmarkası açılıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işləri, rəsm əsərləri və ailə təsərrüfatı məhsullarının sərgi-satış yarmarkası açılıb.

"Report"un yerli bürosu xəbər verir ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan tədbir Naxçıvan Muxtar Respublikasının (MR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarmarkada 300-ə yaxın müəllifə məxsus 12 mindən çox əl işi və ailə təsərrüfatı məhsulu nümayiş olunur.

Tədbirin məqsədi qadınların yaradıcılıq potensialının üzə çıxarılması, özünüməşğulluğunun dəstəklənməsi, milli sənət nümunələrinin təbliği və fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Sərgi-satış yarmarkası noyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.

Ölkə

Sumqayıtda beş avtomobil toqquşub

Report.az · 25 oktyabr 2026, 16:17

Ölkə

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Report.az · 25 oktyabr 2026, 12:46