Adil Kərimli Migel Anxel Moratinosla görüşüb
26 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.

"Report" xəbər verir ki, qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" kimi aktual mövzuya həsr olunduğunu bildirib.
Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır.

Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və ölkənin bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb.
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad görüşə görə təşəkkür ediblər. Qonaqlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq platforması olan "Bakı Prosesi"nin əhəmiyyətinin ildən-ilə artdığını bildiriblər. Ali nümayəndə qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu qeyd olunub və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Oxşar xəbərlər

Dünya
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Report.az · 26 oktyabr 2026, 14:47

Dünya
Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, dəyən ziyan 36 min avro qiymətləndirilir
Report.az · 26 oktyabr 2026, 14:17

Dünya
Polşada 20 milyon dollardan çox dəyəri olan 1,5 ton narkotik müsadirə edilib
Report.az · 26 oktyabr 2026, 13:17
