Maliyyə Nazirliyi: Satınalma, mühasibat və xəzinədarlıq kodları vahid sistemdə olacaq
22 oktyabr 2026, 11:48 · Mənbə: Report.az

Azərbaycanda satınalma, mühasibat və xəzinədarlıq kodları vahid sistemdə birləşdiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda satınalma, mühasibat və xəzinədarlıq kodları vahid sistemdə birləşdiriləcək.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, əsas məqsəd prosesi vahid və ardıcıl sistemə çevirməkdir: "Kodlarla bağlı məsələ müxtəlif proqramların bir-biri ilə əlaqələndirilməsini nəzərdə tutur. Bu gün ölkədə bir neçə təsnifat kodundan istifadə olunur. Bunlara gömrük, satınalma və mühasibat uçotu kodları daxildir. Əslində, bu kodların hər biri vahid prosesin ayrı-ayrı mərhələlərini əhatə edir. Məqsədimiz isə bütün bu kodları "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində birləşdirməkdir. Yəni satınalmanın başlanğıcında istifadə olunan kod mühasibat uçotunda da eyni şəkildə tətbiq edilməli, təchizatın anbar uçotunda, daha sonra xəzinədarlıq əməliyyatlarında və növbəti mərhələdə büdcənin tərtibində həmin koddan istifadə olunmalıdır".
"Hazırda təsdiq olunmuş normativlər və kodlar mövcuddur. Onların müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsi nəzərdə tutulur. Rəqəmsallaşma çərçivəsində bu kodların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı da təkliflər veriləcək. Hazırda bu istiqamətdə işlər davam edir. Sistemin xüsusiyyətlərindən biri də nəticədə ölkə üzrə vahid təsnifat kodlarının tətbiqinə nail olmaqdır. Beləliklə, mövcud kodlar bir-biri ilə əlaqələndiriləcək və prosesin bütün mərhələlərində vahid yanaşma təmin olunacaq", - deyə nazirlik rəsmisi əlavə edib.
Oxşar xəbərlər

İqtisadiyyat
Şahin Mahmudzadə: "İslam maliyyəsi bankların risklərin idarə edilməsi sisteminə inteqrasiya olunacaq"
Report.az · 22 oktyabr 2026, 11:48

İqtisadiyyat
Mərkəzi Bank ani ödənişlər sistemində əməliyyatların icra müddətini azaldacaq
Report.az · 22 oktyabr 2026, 11:16

İqtisadiyyat
Maliyyə Nazirliyi: Rəqəmsallaşma prosesi 1-2 il ərzində tamamlanacaq
Report.az · 22 oktyabr 2026, 11:17

İqtisadiyyat
Vüsal Qasımlı: "Sukukun rəqəmsal platformalarla emissiyası investor bazasını genişləndirəcək"
Report.az · 22 oktyabr 2026, 10:47