Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
22 oktyabr 2026, 12:16 · Mənbə: Report.az

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər haqda qanunu imzalayıb.
Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılır. Adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.
Oxşar xəbərlər

Siyasət
159 ölkə Fransız Polineziyası xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib
Report.az · 22 oktyabr 2026, 10:47

Siyasət
Abdul El-Sayed və Mike Rogers Michigan Senat kreslosu üçün debat aparır
Al Jazeera · 22 oktyabr 2026, 09:17

Siyasət
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir
Report.az · 22 oktyabr 2026, 08:17