TəciliRusiya Ukraynaya "İskander", S-400, "Sirkon", "Oniks" raketləri və 210 dronla hücum edir, hava hücumu 181 dronu məhv edir

TopXəbər

Vüsal Qasımlı: "Sukukun rəqəmsal platformalarla emissiyası investor bazasını genişləndirəcək"

22 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Vüsal Qasımlı: "Sukukun rəqəmsal platformalarla emissiyası investor bazasını genişləndirəcək"

Sukukun rəqəmsal platformalar vasitəsilə emissiyası və daha kiçik nominal vahidlərə bölünməsi investor bazasını genişləndirə bilər.

Vüsal Qasımlı: "Sukukun rəqəmsal platformalarla emissiyası investor bazasını genişləndirəcək"

  • 22 oktyabr, 2026
  • 10:45
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Sukukun rəqəmsal platformalar vasitəsilə emissiyası və daha kiçik nominal vahidlərə bölünməsi investor bazasını genişləndirə bilər.

    "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "III İslam Maliyyə Forumu (İMF"26)" tədbirinin açılış mərasimində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, tokenizasiya real aktivlərə əsaslanan maliyyə alətlərinin daha çevik şəkildə strukturlaşdırılmasına imkan yarada bilər: "Süni intellekt kredit və investisiya risklərinin qiymətləndirilməsində, fırıldaqçılığın aşkarlanmasında və uyğunluq proseslərində istifadə oluna bilər. Smart-kontraktlar isə müəyyən İslam maliyyə müqavilələrinin icrasını avtomatlaşdıraraq əməliyyat xərclərini aşağı sala və şəffaflığı artıra bilər. Eyni zamanda, rəqəmsal takaful, İslam kraudfandinqi, P2P maliyyələşdirmə və rəqəmsal mikromaliyyə platformaları xüsusilə kiçik və orta sahibkarların maliyyəyə çıxışını genişləndirə bilər".

    O qeyd edib ki, qlobal İslam maliyyəsi sənayesinin həcmi illik 9 % artımla 6,5 trilyon ABŞ dollarına çatıb və 2030-cu ilədək aktivlərin həcminin 10,5 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır: "Bazarın strukturunda İslam bankçılığı təxminən 72 % payla 4,3–4,5 trilyon ABŞ dolları həcmində aparıcı mövqedədir, sukukun dövriyyə həcmi 1,03 trilyon ABŞ dolları, illik emissiyası 264,8 milyard ABŞ dolları, İslam fondlarının aktivləri 308 milyard ABŞ dolları, takaful sektorunun həcmi 136 milyard ABŞ dolları, digər İslam maliyyə institutlarının həcmi isə 193 milyard ABŞ dolları təşkil edir".

    V. Qasımlı vurğulayıb ki, İslam maliyyəsinin gələcəyindən danışarkən daha bir mühüm transformasiyanı – fintech və rəqəmsallaşmanı nəzərdən qaçıra bilmərik, məncə, qarşıdakı dövrdə İslam maliyyəsinin inkişafını yalnız "Islamic finance" kimi deyil, getdikcə daha çox "Islamic fintech" anlayışı çərçivəsində qiymətləndirməliyik.

    Mərkəz rəhbəri qeyd edib ki, əslində İslam maliyyəsinin prinsipləri ilə yeni maliyyə texnologiyaları arasında təbii uyğunluq mövcuddur: "İslam maliyyəsi şəffaflığı, əməliyyatın real iqtisadi fəaliyyət və aktivlə əlaqəsini, risk və gəlirin bölüşdürülməsini tələb edir. Fintech isə məlumatların izlənilməsi, əməliyyat xərclərinin azaldılması, maliyyə xidmətlərinin demokratikləşdirilməsi və daha geniş əhali qruplarının maliyyəyə çıxışını təmin edir. Bu iki model bir-birini tamamlayır: İslam maliyyəsi fintech-ə dəyər və prinsip çərçivəsi verir, fintech isə İslam maliyyəsinə miqyas, sürət və əlçatanlıq qazandırır və bunun praktik imkanları kifayət qədər genişdir".