Maliyyə nazirinin I müavini ABB-nin rəhbərliyinə gətirilib
2 oktyabr 2026, 16:45 · Mənbə: Report.az

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
"Report" Banka istinadən xəbər verir ki, yığıncaqda səsvermə Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə baş tutub.
Səsvermə nəticəsində maliyyə nazirinin I müavini Anar Kərimov 3 il müddətinə ABB-nin Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Bununla bağlı Bankın Nizamnaməsində və MŞ haqqında Əsasnaməsində dəyişiklik edilib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Oxşar xəbərlər

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47

İqtisadiyyat
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Report.az · 17 oktyabr 2026, 14:17