Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub
14 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard buna liqa mərhələsinin II turunda Fransanın "Lans" klubunu 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında fərqlənməklə nail olub.
Səfər görüşünün 22-ci dəqiqəsində hesabı açan L.Suares Çempionlar Liqasında "Sportinq"in heyətində 7-ci qolunu vurub. O, bununla da daha əvvəl hesabında 6 qol olan Liedson, Fransişku Trinkan və Viktor Dyekereşi geridə qoyaraq siyahıda birinci pilləyə yüksəlib.
L.Suares 2025-ci ilin yayında İspaniyanın "Almeriya" klubundan "Sportinq"ə keçib. Ötən mövsüm Çempionlar Liqasında 5 qol vuran futbolçu Portuqaliya çempionatında 28 dəfə fərqlənərək turnirin ən yaxşı bombardiri olub.
O, ümumilikdə 2025/2026 mövsümündə komandanın heyətində keçirdiyi 53 matçda 38 qola imza atıb.
Oxşar xəbərlər

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Report.az · 19 oktyabr 2026, 19:47

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47
