TopXəbər

Latviya iki vətəndaşlığı olanlara silah icazəsi vermədi

28 sentyabr 2026, 03:46 · Mənbə: Ukrainskaya Pravda

Latviya iki vətəndaşlığı olanlara silah icazəsi vermədi

Latviya parlamenti iki vətəndaşlığı olanlara silah icazəsi verməyi qadağan edib. Qaydalara riayət edənlərə 1 dekabra kimi müddət verilib.

Ukrainskaya Pravda yazır ki, Latviya parlamenti sentyabrın 24-də silah dövriyyəsi qaydalarına dəyişiklik edib. Yeniliklər iki vətəndaşlığı olan, həm latviyalı, həm də Rusiya və ya Belarus pasportuna malik şəxslərə silah almaq, saxlamaq və daşımaq icazəsi verməyi qadağan edir.

Qanuna əsasən, həmçinin belə şəxslərin kolleksiya məqsədli silah icazələri də ləğv oluna bilər. Ləğv edilmiş icazələrlə bağlı hüquqi baza yaradılıb.

Keçid müddəti çərçivəsində Latviya, Aİ və Avropa İqtisadi Zonası vətəndaşları, hansı ki, əlavə olaraq Rusiya və ya Belarus pasportuna malikdirlər, köhnə qaydalara görə silahdan istifadəni 1 dekabr 2026-cı ilə qədər davam etdirə bilərlər.

Parlament həmçinin idmançılar üçün yeni qaydalar qəbul edib. 21 yaşdan yuxarı, ən azı 1 il atıcılıq təşkilatında üzv olan və ikinci idman dərəcəsinə malik şəxslər 15 silah vahidinə qədər böyük güclü odlu və pnevmatik silah ala və saxlaya bilərlər. Əsas dəyişikliklərdən biri isə qaz və siqnal silahlarının da odlu silah səviyyəsinə bərabər tutulmasıdır.