Laçında daha üç su elektrik stansiyası inşa edilir
6 oktyabr 2026, 10:45 · Mənbə: Report.az

"AzərEnerji" ASC Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyasını inşa edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
"AzərEnerji" ASC Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyasını inşa edir.

"Report" "AzərEnerji"yə istinadən xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq "Seyidlər", 3,16 meqavatlıq "Bülövlü" və 2,93 meqavatlıq "Qoşasu" su elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub. Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, son 6 il ərzində "AzərEnerji" tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji" hesabına qarşılanır. Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.
Oxşar xəbərlər

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47

İqtisadiyyat
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Report.az · 17 oktyabr 2026, 14:17