Kristina Haverkamp: "Almaniya Yaşıl Enerji Dəhlizi üzrə layihələri dəstəkləməyə hazırdır"
6 oktyabr 2026, 13:48 · Mənbə: Report.az

Almaniya Energetika Agentliyi Azərbaycan və Avropa arasında Yaşıl Enerji Dəhlizi ilə bağlı layihələrin inkişafına dəstək göstərməyə hazırdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Energetika Agentliyi Azərbaycan və Avropa arasında Yaşıl Enerji Dəhlizi ilə bağlı layihələrin inkişafına dəstək göstərməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Agentliyin idarəedici direktoru Kristina Haverkamp Almaniya-Azərbaycan Əlaqəlilik Konfransı çərçivəsində keçirilən panel sessiyasında bildirib.
O qeyd edib ki, Almaniya bərpa olunan enerji mənbələrindən enerji istehsalı və onların ölkənin enerji sisteminə inteqrasiyası sahəsində böyük təcrübəyə malikdir. K. Haverkampın sözlərinə görə, hazırda Almaniyanın elektrik enerjisi balansında bərpa olunan enerji mənbələrinin payı təxminən 60 % təşkil edir.
O, həmçinin rəqəmsallaşmanı əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi xüsusi vurğulayaraq qeyd edib ki, müasir rəqəmsal həllər yeni kabellərin çəkilməsinə ehtiyac olmadan enerji sistemlərinin ötürücülük qabiliyyətini artırmağa imkan verir.
K.Haverkampın sözlərinə görə, enerji infrastrukturuna texniki xidmət sahəsində də əməkdaşlıq üçün potensial mövcuddur. O vurğulayıb ki, enerji sistemini yalnız qurmaq kifayət deyil - onu həm də qoruyub saxlamaq, ona xidmət göstərmək lazımdır və Almaniyanın bu sahədə böyük təcrübəsi var.
İdarəedici direktor, potensialın inkişafı və kadr hazırlığını daha bir mühüm istiqamət adlandırıb. K.Haverkamp tərəflər arasında, xüsusən də gənc mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsinin daha sıx olmasının zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47

İqtisadiyyat
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Report.az · 17 oktyabr 2026, 14:17