KİV: İran ABŞ seçkilərinədək atəşkəs əldə olunacağına şübhə edir
29 sentyabr 2026, 08:15 · Mənbə: Report.az

İran rəsmiləri ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilərədək atəşkəs rejiminə nail olunacağına pessimist yanaşırlar.
Yeniliklərdən dərhal xəbərdar olun!
İran rəsmiləri ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilərədək atəşkəs rejiminə nail olunacağına pessimist yanaşırlar.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ötən həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən danışıqlar əhəmiyyətli irəliləyişlə nəticələnməyib.
Mənbələrin bildirdiyinə görə, İranda ABŞ-dakı seçkilərdən sonra münaqişənin daha da kəskinləşməsi ehtimalını yüksək qiymətləndirirlər.
ABŞ Prezidenti Donald Tramp isə bu ayın əvvəlində İranla müharibənin noyabrda Konqresə keçiriləcək seçkilərdən dərhal sonra, hətta ondan əvvəl başa çatacağına əmin olduğunu bildirib.
ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
Oxşar xəbərlər

Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17

Dünya
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Report.az · 20 oktyabr 2026, 01:47

Dünya
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Report.az · 20 oktyabr 2026, 01:17
