TopXəbər

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb

12 oktyabr 2026, 12:16 · Mənbə: Report.az

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib.

Gəncə təmsilçisi səfərdə "Araz-Naxçıvan"ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn "Kəpəz" neytral meydanlarda 4 dəfə sevinib.

İlk qələbəsini 1992-ci il mayın 3-də "Turan"la ev matçında əldə edən (2:1) Gəncə təmsilçisi 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.