Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb
28 sentyabr 2026, 13:18 · Mənbə: Report.az

Ukraynaya təcili olaraq əlavə hava hücumundan müdafiə vasitələri lazımdır və Avropa İttifaqı (Aİ) ölkələri öz ehtiyatlarının, o cümlədən "Patriot" kompleksləri üçün Kiyevə raketlərin verilməsi imkanını nəzərdən keçirməlidirlər.
"Report"un Avropa bürosunun xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə bildirib.
"Ehtiyatları olan dövlətlərin onları Ukraynaya göndərməsi zəruridir. Daha sonra istehsal ediləcək "Patriot" raketləri ilə təhvil verilənlərin yeri doldurulmalıdır", – K.Kallas vurğulayıb.
O, həmçinin bildirib ki, hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı genişmiqyaslı xarakter daşıyır.
"Hər kəsin daha çox hava hücumundan müdafiə vasitəsinə ehtiyacı var", - K.Kallas həm Ukrayna tərəfindən olan tələbat, həm də Yaxın Şərqdəki vəziyyət fonunda istehsalı artırmağın zəruriliyini qeyd edib.
Oxşar xəbərlər

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47